Pantiç milli üzvlərinin transferini əngəllədi - ÖZƏL

Pantiç milli üzvlərinin transferini əngəllədi - ÖZƏL
Milli komandamızın 4 üzvü karyerasını Fransa çempionatında davam etdirə bilərmiş. Fanat.az-ın əldə etdiyi məlumata görə, bunun qarşısını "Bakı"nın baş məşqçisi Milinko Pantiç alıb.
Belə ki, qış transfer pəncərəsi dövründə paytaxt klubunun formasını geyinən Kamran Ağayev, Əfran İsmayılov, Rauf Əliyev və Cavid Hüseynovun "Lans"ın əsas komandasına transfer olunmaq imkanı yaranıb. Kluba yaxın mənbənin verdiyi məlumata görə, transferlər Pantiçə görə alınmayıb. Serb məşqçi "bəs mən kimi oynadacam" deyərək milli futbolçularımızın Liqa 2-yə yollanmasına əngəl olub.
Həmin vaxt Pantiçin komandanın liderləri hesab olunan yerli futbolçularla münasibətləri yaxşı idi. Lakin sonradan serb məşqçinin onlarla münasibətləri pozuldu. Nəticədə Kamran Ağayev "Qəbələ"yə üz tutdu. Bir müddət əvvəl bu futbolçularla münasibətlərini düzəldən Pantiç son günlər yenə əks istiqamətə dönüb. Belə ki, Rauf Əliyevlə Cavid Şüseynovu zədələrini sağaltsalar belə "Qəbələ" ilə vacib matça aparmayıb, Əfran İsmayılov səfər çıxsa da, adı "18-liy"ə salınmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər