Obameyanq yenidən Premyer Liqaya qayıdır

Obameyanq yenidən Premyer Liqaya qayıdır

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən ingiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, 33 yaşlı qabonlu hücumçu "Çelsi"yə keçməyə yaxındır. 

Bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, ingilis klubunun nümayəndələri onun mümkün transferi ilə bağlı "Barselona" ilə danışıqlar aparır. Obameyanqın komandanı dəyişmək fikrində olmadığı, lakin "Çelsi"nin yeni təkliflə futbolçunu razı salmağa ümid etdiyi bildirilir.

Xatırladaq ki, Obameyanq 2022-ci ilin yanvarında "Arsenal"ı azad agent kimi tərk edərək "Barselona"ya keçib. Qabonlu hücumlçu ötən mövsüm İspaniya klubunun heyətində 17 matçda iştirak edib, 11 qol vurub və bir məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər