Nazir Premyer Liqada komanda sayının artırılmasından danışdı

Nazir Premyer Liqada komanda sayının artırılmasından danışdı

Gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasından danışıb.

Fanat.Az xəbər verir ki, “ASAN Radio”nun "QəbuldASAN" verilişində qonaq olan nazir bunları söyləyib:

“Mən də Premyer Liqada komanda sayının çox olmasını istərdim. Amma bu gün reallıq belədir. Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq. Ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq”.

Fərid Qayıbov Region Liqasında çıxış edən “Xan Lənkəran” klubunun 1-ci diviziona buraxılmamasına da toxunub:  “Bu işlə AFFA məşğul olur. Məktubu və ya sualı milli assosiyasiyaya yollasalar, daha yaxşı olar. Seçimlər qaydalar əsasında olmalıdır. Cavab onları qane etmirsə, Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər. Bu sualın cavabını indi verə bilməyəcəyəm. Bunu araşdırmaq lazımdır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər