"Mançester Yunayted"in sabiq hücumçusu Lui Saha Erik ten Haqın komandasını nəzərəçarpacaq dərəcədə gücləndirəcək hücumçunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "olbg.com" fransalı veteranın söylədiklərini belə çatdırıb:
"MY Premyer Liqanın qalibi olmaq istəyirsə, mütləq Harri Keynlə güclənməlidir. İnanın, Keyn onları istəyinə çatdıra biləcək adamdır. Vaut Veqorsta hörmətim var. Ancaq Keyndə olan keyfiyyətlər Veqorstda yoxdur. Harri Markus Raşfordla əla tandem təşkil edər.
Hə, Harri "Tottenhem"də uzun müddət oynayıb və hotspurlu azarkeşlər üçün meydanda xaruqələr yaradıb. İş yerini dəyişəcəyi halda, ondan inciyəcəklərini düşünmürəm. Çünki o, artıq bu komandaya nə dərəcədə sadiq olduğunu isbatlayıb. Keyn böyük mükafatları haqq edir və "Mançester Yunayted"ə keçmək uğurlara qovuşmaq üçün ən əlverişli variantdır".
Nihat