Mirça Luçeskunun yeni iş yeri rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, "Şaxtyor"dan ayrılan rumın mütəxəssis karyerasını Rusiyada davam etdirəcək.
Belə ki, Luçesku "Zenit"ə keçib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, rumın mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Luçeskunun yeni klubunda illik 5 milyon avro maaş alacağı deyilir.
Qeyd edək ki, 2004-2016-cı illərdə "Şaxtyor"u çalışdırıb. 70 yaşlı mütəxəssis 12 illik Ukrayna karyerası ərzində ölkə çempionluğunu (8 dəfə), kubokunu (6), Super Kubokunu (7) və UEFA Kubokunu qazanıb (1).
Luçesku vətənində Buxarest "Dinamo"sunu (1 çempionluq, 2 kubok) və "Rapid"ə (1 çempionluq, 1 kuboku) çalışdırıb. Türkiyədə "Qalatasaray" və "Beşiktaş"a başçılıq etmiş Luçe yenə titusuz qalmayıb. Belə ki, o, "Qalatasaray"la Türkiyə çempionluğunu və UEFA Super Kubokunu, "Beşiktaş"la isə çempionluğu qazanıb.
Rumın mütəxəssis məşqçi karyerası ərzində həmçinin Rumıniyanın "Korvinul", İtaliyanın "Pisa", "Breşiya", "Recciana" və "İnter" klublarını çalışdırıb, 1981-1986-cı illərdə Rumıniya millisinə başçılıq edib
Fanat.az