Millimizin üzvü Almaniyada "fərqləndi"

Millimizin üzvü Almaniyada "fərqləndi"
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ali Gökdemirin çıxış etdiyi "Hannover 96"nın ikinci komandası "BSV Rehden"in qonağı olub.
Regional Liqanın Şimal zonasında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Ali Gökdemir meydana start heyətində çıxıb. Baş məşqçi Sören Osterland ona 90 dəqiqə oynamaq imkanı verib. Futbolçumuz 72-ci dəqiqədə sarı vərəqə alıb. 
Qeyd edək ki, Ali Gökdemir bu yay "Hannover 96"nın əsas komandasının təlim-məşq toplanışına cəlb olunmuş və yoldaşlıq oyunlarında meydana çıxmışdı. Lakin sonradan zədələnən futbolçumuz 2-ci komandaya qayıtdı. Bir müddət zədəli olan müdafiəçi bu səbəbdən yığmamızın son iki toplanışına dəvət almayıb.
Onu da qeyd edək ki, "Hannover 96"nın ikinci komandası Regional Liqada 5 oyun keçirib və 8 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər