Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna II" (Dusseldorf) Münhenqladbax "Borussiya"sının ikinci komandasını qəbul edib.
Regional Liqanın "Qərb" zonasında keçirilən oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Fortuna II"nin baş məşqçisi Taşkın Aksoy millimizin üzvünə start heyətində şans verib və 90 dəqiqə meydanda saxlayıb.
Qeyd edək ki, "Fortuna II" 6 turdan sonra 7 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az