Ramil Şeydayev Premyer Liqa klubunda - RƏSMİ

Ramil Şeydayev Premyer Liqa klubunda - RƏSMİ
Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Rusiyanın "Krılya Sovetov" klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandaı ilə gənclərdər ibarət heyətə qarşı keçirilən yolama oyununda meydana çıxıb və 3:1 hesabı ilə yekunlaşan qarşılaşmada bir qol vurub. Klub tezliklə azərbaycanlı futbolçu ilə rəsmi müqavilə imzalayacaq. 
Qeyd edək ki, Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Futbolçu əvvəllər Rusiyanın "Zenit", "Rubin" və Slovakiyanın "Jilina" klublarında oynayıb.
 
Ramil Şeydayev Premyer Liqa klubunda - RƏSMİ
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər