Millətlər Liqası: Qazaxıstan millisi Azərbaycana rəqib oldu

Millətlər Liqası: Qazaxıstan millisi Azərbaycana rəqib oldu

UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Liqasına düşməmək üçün həlledici görüşlərə çıxıblar.

Estoniyanı 2:0 hesabı ilə məğlub edən Kipr millisi C Liqasındakı yerini qoruyub.  Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə yekunlaşmışdı.

İki oyunun nəticəsinə əsasən, Kipr yığması C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, Estoniya isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası

29 mart

Qazaxıstan - Moldova - 0:1 (pen. 5:4) İlk oyun - 2:1

Kipr - Estoniya - 2:0 İlk oyun - 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər