Millətlər Liqası: Ukrayna Ermənistanı darmadağın etdi

Millətlər Liqası: Ukrayna Ermənistanı darmadağın etdi

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, 3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 oyun keçiriləcək.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanı 5:0 hesabı ilə darmadağın edib. 

C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəlib.

UEFA Millətlər Liqası Qrup mərhələsi, V tur 24 sentyabr

A Liqası 2-ci qrup

İspaniya - İsveçrə - 1:2 Qollar: Xordi Alba, 55 - Manuel Akanci, 21. Brel Embolo, 59

Çexiya - Portuqaliya - 0:4 Qollar: Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82

Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4

B Liqası 1-ci qrup

Ermənistan - Ukrayna - 0:5 Qollar: Aleksandr Timçık, 22. Aleksandr Zubkov, 57. Artyom Dovbik, 69; 84. Danil İqnatenko, 81.

Şotlandiya - İrlandiya - 2:1 Qollar: Cek Hnendri, 49. Rayan Kristi, 82 (penalti) - Con İqan, 18

Xal durumu: Şotlandiya - 12, Ukrayna 10, İrlandiya - 4, Ermənistan - 3

2-ci qrup

İsrail - Albaniya - 2:1 Qollar: Şon Veysman, 46. Tay Baribo, 90+2 - Mürto Uzuni, 88

Xal durumu: İsrail - 8 (4 oyuna), İslandiya - 3 (3 oyuna), Albaniya - 1 (3 oyuna), Rusiya* - 0

4-cü qrup

Sloveniya - Norveç - 2:1 Qollar: Andraj Şporar, 69, Benyamin Şeşko, 81 - Erlinq Holann, 47

Serbiya - İsveç - 4:1 Qollar: Aleksandar Mitroviç, 18; 45+1; 48. Saşa Lukiç, 70 - Viktor Klaesson, 15

Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3

C Liqası 2-ci qrup

Şimali İrlandiya - Kosovo - 2:1 Qollar: Gevin Uayt, 82 - Coş Macennis, 93 - Vedat Muriki, 58

Kipr - Yunanıstan - 1:0 Qol: Marinos Tsionis, 18

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər