Millətlər Liqası: İtaliyadan qələbə, İngiltərədən və Norveçdən darmadağın

Millətlər Liqası: İtaliyadan qələbə, İngiltərədən və Norveçdən darmadağın

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 8 görüş reallaşıb.

A Liqasının 2-ci qrupunda Fransa öz meydanında İsraili yenə bilməyib. Bu qrupun digər matçında Belçika evdə İtaliyaya uduzub.

B Liqasının 2-ci qrupunda İngiltərə yığması səfərdə Yunanıstanı 3 cavabsız qolla yenib.

B Liqasının 3-cü qrupunda Avstriya qonaq qismində Qazaxıstandan üstün olubsa, Norveç rəqib meydanında Sloveniyanı böyük hesabla yenib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, V tur 14 noyabr

A Liqası, 2-ci qrup

Fransa – İsrail 0:0

Belçika – İtaliya 0:1 Qol: Tonali, 15.

Xallar: İtaliya – 13. Fransa – 10. Belçika – 4. İsrail – 1.

B Liqası, 2-ci qrup

Yunanıstan – İngiltərə 0:3 Qollar: Uotkins, 7. Vlaxodimos, 78-öz qapısına. Cons, 82.

İrlandiya – Finlandiya 1:0 Qol: Ferquson, 45.

Xallar: İngiltərə – 12. Yunanıstan – 12. İrlandiya – 6. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Avstriya 0:2 Qollar: Baumqartner, 15. Qreqoriç, 25.

Sloveniya – Norveç 1:4 Qollar: Şeşko, 21-pen – Nusa, 4; 59. Holand, 45. Hauqe, 83.

Xallar: Avstriya – 10. Norveç – 10. Sloveniya – 7. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Ermənistan – Farer adaları 0:1 Qol: Davidsen, 33-pen.

Şimali Makedoniya – Latviya 1:0 Qol: Serafimov, 57.

Xallar: Şimali Makedoniya – 13. Farer adaları – 6. Ermənistan – 4. Latviya – 4.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər