Millətlər Liqası: Finlandiya İngiltərəni, Avstriya Norveçi qəbul edir

Millətlər Liqası: Finlandiya İngiltərəni, Avstriya Norveçi qəbul edir

Bu gün UEFA Millətlər Liqasında IV tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 görüş reallaşacaq.

B Liqasının üçüncü qrupunda Norveç millisi Avstriyanın qonağı olacaqsa, Qazaxıstan Sloveniyanı qəbul edəcək.

B Liqasınının II qrupunda isə Finlandiya yığması evdə İngiltərə ilə qarşılaşacaq. Ötən tur İngiltərəni 2:1 hesabı ilə yenən Yunanıstan "doğma divarlar arası"nda İrlandiyanı sınağa çəkəcək.

UEFA Millətlər Liqası B Liqası II qrup

20:00. Finlandiya - İngiltərə 22:45. Yunanıstan - İrlandiya Xallar: Yunanıstan - 9, İngiltərə - 6, İrlandiya - 3, Finlandiya - 0.

III qrup

17:00. Qazaxıstan - Sloveniya 22:45. Avstriya - Norveç Xallar: Norveç - 7, Avstriya - 4, Sloveniya - 4, Qazaxıstan - 1.

C Liqası IV qrup

20:00. Ermənistan - Şimali Makedoniya 22:45. Farer Adaları - Latviya Xallar: Şimali Makedoniya - 7, Ermənistan - 4, Latviya - 3, Farer Adaları - 2.

D Liqası I qrup

20:00. Lixtenşteyn - Cəbəllütariq Xallar: Cəbəllütariq - 4, San Marino - 3, Lixtenşteyn - 1.

II qrup

20:00. Malta - Moldova Xallar: Moldova - 6, Malta - 3, Andorra - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər