Millətlər Liqası: Belçika şou göstərdi, Ukraynadan qələbə

Millətlər Liqası: Belçika şou göstərdi, Ukraynadan qələbə

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. 

Fanat.Az xəbər verir ki, II turun sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 matç baş tutub.

Ən güclülərin liqasında 4-cü qrupda Niderland yığması Uelsin qonağı olub və evə dramatik qələbə ilə dönüb. Belçika - Polşa oyunu da yaddaqalan olub. Qonaqlar hesabı açsa da, meydan sahibləri möhtəşəm geridönüşə və darmadağına imza atıb.

B Liqasının 1-ci qrupunda Ermənistan Şotlandiyaya boyun əyibsə, Ukrayna qonaq qismində İrlandiyanı yenib.

UEFA Millətlər Liqası

A Liqası

4-cü qrup

Uels - Niderland 1:2

Qollar: Kopmeyners, 50. Veqhorst, 90+4 - Norrinqton-Deyvis, 90+2

Belçika - Polşa 5:1

Qollar: Vitsel, 42. De Bröyne, 59.Trossard, 73; 80. Dendonker, 83 - Levandovski, 28

Xal durumu: Niderland - 6, Belçika - 3, Polşa - 3, Uels - 0

B Liqası

1-ci qrup

Şotlandiya - Ermənistan 2:0

Qollar: Ralston, 28. Makkenna, 40

İrlandiya - Ukrayna 0:1

Qol: Tsıqankov, 47

Xal durumu: Şotlandiya - 3, Ukrayna - 3, Ermənistan - 3, İrlandiya - 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər