Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

İngiltərənin "Sanderlend" klubu baş məşqçisi David Moyeslə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Sanderlend" 2017/18 mövsümündə 24 xal toplayıb və son pilləni tutaraq Çempionşipə yuvarlanıb.

David Moyev dünən "Sky Sports"a açıqlamasında əsas hədəfinin "Sanderlend"i bir an öncə Premyer Liqaya döndərmək olduğunu və gələcəyi ilə bağlı rəhbərliklə görüşəcəyini bildirmişdi.

Qeyd edək ki, 54 yaşlı şotland mütəxəssis bundan əvvəl İngiltərənin "Preston", "Everton", "Mançester Yunayted" və İspaniyanın "Real Sosyedad" klublarını çalışdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər