Antaliyada təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Fanat.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, dünən axşam klub prezidenti Mais Mənsimov baş məşqçi Mustafa Dənizli ilə görüşüb.
Dənizli toplanışın ilk həftəsi çərçivəsində görülən işlər barədə Mənsimova məlumat verib. Hazırlığın gedişi ilə bağlı bəzi məsələləri diqqətə çatdıran klub prezidenti transfer çalışmalarını sürətləndirərək qısa müddətdə bitirməyi tələb edib.
Fanat.az