Meksika millisinin baş məşqçisi: "Komandamı heç nədə günahlandıra bilmərəm"

Meksika millisinin baş məşqçisi: "Komandamı heç nədə günahlandıra bilmərəm"

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İngiltərə millisinə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşan Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"Yenilgiyə görə komandamı heç nədə günahlandıra bilmərəm. Əlimizdən gələni etdik, amma rəqib çox güclü komandadır. Dünya çempionatı ən yüksək səviyyədir və burada buraxılan hər səhv çox baha başa gəlir. Say üstünlüyündən yararlanmaq üçün əvəzetmələrdə risk etsək də, istəyimizə çata bilmədik. Bizə göstərilən dəstəyə görə hər kəsə yalnız təşəkkür edə bilərəm".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər