Meksika millisi hələ belə qələbə görməmişdi

Meksika millisi hələ belə qələbə görməmişdi

Futbol üzrə dünya çempionatının açılış matçında CAR yığmasını 2:0 hesabı ilə məğlub edən Meksika yığması tarixi nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, Mexikodakı "Atsteka" stadionunda Afrika təmsilçisini üstələyən meydan sahibləri ilk dəfə DÇ-nin açılış oyununda qələbəyə sevinib.

Bunadək 7 mundialda açılış matçına çıxan Meksika 2 heç-heçə, 5 yenilgi ilə yadda qalmışdı.

Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 19 iyul tarixinə qədər davam edəcək. ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparır. 

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər