Mbappe Premyer Liqa klubunu "Real"dan üstün tutdu - İDDİA

Mbappe Premyer Liqa klubunu "Real"dan üstün tutdu - İDDİA

Yayda "Real Madrid"ə keçəcəyi güman olunan fransalı ulduz hücumçu Kilian Mbappe qərarını dəyişərək İngiltərəyə üz tutmağa qərar verib.

Fanat.Az xəbər verir ki, bu iddia məşhur “The Independent” nəşrinə məxsusdur.

Xəbərə görə, PSJ-nin forvardı London "Arsenal"ını daha cəlbedici seçim hesab edib. Gənc oyunçu kumiri Tyerri Anrinin yolu ilə getmək üçün “topçular”a qoşulmağı düşünür. Hansı ki, Tyerri "Arsenal"ın əfsanəsi və bombardiri olub.

Qeyd edək ki, daha öncə Avropa mətbuatında Kilianın İspaniya nəhəngi ilə 5 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 70 milyon avro qazanacağı barədə xəbərlər yayılıb. Bundan başqa, ulduz futbolçunun həm də agenti olan anası onun "Real"a transferindən müxtəlif bonuslar şəklində 100-125 milyon avro gəlir əldə edəcəyini bildirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər