“Mançester Siti” darmadağınla finalda!

“Mançester Siti” darmadağınla finalda!

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.

Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real”la üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə isə darmadağına sevinən "Mançester Siti" finala yüksəlib.

Xatırladaq ki, daha öncə "İnter" İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası Yarımfinalın cavab oyunu 17 may

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 4:0 Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1. Baş hakim: Şimon Marçinyak (Polşa). Mançester. “Etihad" stadionu. İlk oyun – 1:1.

Mançester Siti: Ederson, Kayl Uoker, Ruben Dias, Manuel Akanci, Con Stounz, Rodri, Bernardo Silva, Kevin de Bruyne, İlkay Gündoğan, Cek Qriliş, Erlinq Haland. Real: Tibo Kurtua, Eduardo Kamavinqa, David Alaba, Eder Militao, Daniel Karvahal, Luka Modriç, Toni Kroos, Federiko Valverde, Vinisius Junior, Rodriqo, Kərim Benzema.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər