Madrid nəhəngi Premyer Liqanın qoleadoruna elçi düşdü

Madrid nəhəngi Premyer Liqanın qoleadoruna elçi düşdü

"Atletiko Madrid" "Kristal Pelas"ın hücumçusu Uilfrid Zaha ilə danışıq aparır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Mail Sport" yayıb. 

Mənbənin məlumatına görə, Madrid klubunun rəsmiləri kotdivuarlı futbolçu ilə əlaqə saxlayıblar. "Atletiko" Zahanı azad agent kimi transfer etmək istəyir. Futbolçunun "Atletiko" ilə Çempionlar Liqasında oynamaq fürsətinə isti yanaşdığı bildirilir. Bununla belə, Zahanın başqa təklifləri də var. 

Uilfrid Zaha ötən mövsüm Premyer Liqada 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Kristal Pelas”da on üçüncü mövsümünü keçirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər