Laporta Frenki de Yonqla bağlı vəziyyəti açıqladı

Laporta Frenki de Yonqla bağlı vəziyyəti açıqladı

"Barselona"nın prezidenti Joan Laporta klubun niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqun gedəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Laportanın dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən ictimaiyyətə belə çatdırıb:

"Frenki "Barselona"nın futbolçusudur. Həm biz onun komandada qalmasını istəyirik, həm də özü. Maaş büdcəsi ilə bağlı çətin durumda olduğumuzu bilirsiniz. Buna baxmayaraq, de Yonqu heyətdə saxlamaq üçün bacardığımızı edirik. Ümidvaram ki, qalacaq". 

Qeyd edək ki, de Yonqun "Barselona" ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Ötən mövsüm ispaniya Primerasında 32 matça çıxan orta xətt oyunçusu 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər