ÇL: "Benfika"ya türklər qələbə qazandırdı, "Barselona" uduzdu

ÇL: "Benfika"ya türklər qələbə qazandırdı, "Barselona" uduzdu

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün də 6 oyun keçirilib. 

Daha erkən saatda iki matç oynanılıb. "Benfika" türk futbolçularının qolları sayəsində səfərdə "Srvena Zvezda"nı 2:1 hesabı ilə yenibsə, "Bayer Leverkuzen" qonaq qismində "Feyenoord"un qapısında 4 cavabsız qol keçirib.

İspaniya nəhəngi "Barselona" səfərdə "Monako"ya uduzub. London "Arsenal"ı "Atalanta"nın qonağı olub və qolsuz bərabərliklə kifayətlənib.

"Atletiko Madrid" "Leyptsiq"i çətinliklə yenib. "Brest" "Şturm Qrats"ı evə məğlub göndərib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, I tur 19 sentyabr

"Srvena Zvezda" (Serbiya) – "Benfika" (Portuqaliya) 1:2

Qollar:  Milson, 86 - Aktürkoğlu, 9. Kökçü, 29.   

"Feyenoord" (Niderland) – "Bayer Leverkuzen"  (Almaniya) 0:4

Qollar: Virts, 5;36.Qrimaldo, 30. Vellenreuter, 45-öz qapısına

"Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:0

“Atletiko Madrid” (İspaniya) – “Leyptsiq” (Almaniya) 2:1 Qollar: Qrizmann, 28. Ximenes, 90 – Şeşko, 4.

“Monako” (Fransa) – “Barselona” (İspaniya) 2:1 Qollar: Akliuş, 16. İlenixena, 71 – Yamal, 28.

“Brest” (Fransa) – “Şturm Qrats” (Avstriya) 2:1 Qollar: Maqnetti, 23. Sima, 56 – E.Fernandes, 45+1-öz qapısına.

ÇL: "Benfika"ya türklər qələbə qazandırdı, "Barselona" uduzdu

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər