ÇL: “Mançester Siti” və “Real”dan səfər qələbəsi

ÇL: “Mançester Siti” və “Real”dan səfər qələbəsi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıblar. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub və inamlı qələbəyə sevinib.

“Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.

Bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.

Çempionlar Liqası 1/8 final, ilk oyunlar 13 fevral

Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə) 1:3 Qollar: Mattsson, 34 – De Bröyne, 10. B.Silva, 45+1. Foden, 90+2.

Baş hakim: Xose Maria Martines (İspaniya) Kopenhagen, “Parken” stadionu

Leypsiq (Almaniya) – Real (İspaniya) 0:1 Qol: B.Dias, 48. Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina) Leypsiq, “RB Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər