ÇL: “Barselona” səfərdən heç-heçə,  “Arsenal” məğlubiyyətlə qayıtdı

ÇL: “Barselona” səfərdən heç-heçə,  “Arsenal” məğlubiyyətlə qayıtdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

London “Arsenal”sı “Portu”nun qonağı olub. Bu oyunda meydan sahibləri son dəqiqə qolu ilə qələbə qazanıblar.

“Napoli” ilə “Barselona” arasındakı qarşılaşmada isə tərəflər hərəyə 1 qolla kifayətləniblər.

Bu cütlərdə cavab matçları martın 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası 1/8 finalın ilk oyunları 21 fevral

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0 Qol: Qaleno, 90+4. Baş hakim: Sərdar Gözübüyük (Niderland). Portu. “Draqao” stadionu.

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1 Qollar: Osimhen, 75 – Levandovski, 60. Baş hakim: Feliks Svayer (Almaniya). “Dieqo Armando Maradona” stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər