Kurban Berdiyev Abışovun transferindən pul yeyib?

Kurban Berdiyev Abışovun transferindən pul yeyib?

Rusiya mətbuatı "Rubin"dən qovulan Kurban Berdiyevlə bağlı yeni məlumatlar yayıb. Fanat.az xəbər verir ki, həmkarlarımız türkmən mütəxəssisin uğursuz nəticələr səbəbindən deyil, yeyintiyə görə qovulduğunu iddia edib.

2001-ci ildə Berdiyevlə müqavilə bağlayan “Rubin” 12 il müddətində transferlərə 175 milyon avro xərcləyib. Hər dəfə transfer pəncərəsi açılan kimi “Rubin”in düşərgəsinə müxtəlif ölkələrin futbolçuları təşrif buyurub. Berdiyevin dönəmində Tatarıstan klubunda 40 ölkənin təmsilçisi çıxış edib. Komandada yerli futbolçuların sayı az olub. Rusiyalı futbolçular üçün xərclənən vəsaitin həcmi legionerlərə nisbətdə 30 faizdən yuxarı olmayıb.

Rusiya mətbuatı Kurban Berdiyevin menecerlərlə əlbir olaraq maliyyə yeyintisinə yol verdiyini, məhz bu səbəbdən də qovulduğunu iddia edirlər.

Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da “Rubin”in şərəfini qoruyur. O, “Rubin”ə Berdiyevin istəyi ilə transfer olunub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər