Krkiç 2020-ci ilə qədər Premyer Liqa klubunda

Krkiç 2020-ci ilə qədər Premyer Liqa klubunda

İngiltərənin "Stok Siti" klubu Boyan Krkiçlə münasibətlərə aydınlıq gətirib. Fanat.az xəbər verir ki, ispaniyalı forvardın müqaviləsi 2020-ci ilə qədər uzadılıb. 

Onunla 4,5 illik sözləşmə imzalanıb. Məlumatı klubun rəsmi saytı da təsdiqləyib. 

Qeyd edək ki, Krkiç karyerası ərzində "Barselona", "Roma", "Milan", "Ayaks" kimi klublarda çıxış edib. O, Premyer Liqa təmsilçisinə 2014-cü ild transfer olunub. Cari mövsümdə "Stok Siti" forması ilə 11 qarşılaşmada meydana çıxan 25 yaşlı forvard 5 qol və 2 məhsuldar ötürə ilə yadda qalıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər