"İnter"in qış fasiləsində heyətinə qatdığı Dieqo Madriqalı əvəzedici komandaya göndərilib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadzenin qərarı ilə əvəzedici komandaya göndərilən kosta-rikalı bu gün oyuna çıxıb.
O, əvəzedici heyətlər arasında çempionatın XXVII turunu çərçivəsində keçmirilən "İnter" - "Qəbələ" oyununda forma geyinib. 1:1 hesabı ilə başa çatan qarşılaşmada "bankirlər"in qoluna Dieqo özü imza atıb.
Qeyd edək ki, Kaxaber Tsxadadze Madriqala əsas komandada iki dəfə şans verib və 30 dəqiqə oynadıb. O, "Simurq"a qarşı keçirdiyi debüt oyununda qol vurmuşdu.
Fanat.az