Kamran Ağayevin meydana qayıdır. Fanat.az xəbər verir ki, "İnter"in formasını geyinən milli komandamızın üzvünə AFFA tərəfindən verilmiş cəza başa çatıb.
Kamran "Qəbələ"də çıxış etdiyi vaxt "İnter"in futbolçusu Mikel Alvaronu vurduğu üçün 3 oyunluq cəzalandırılmışdı. Bundan sonra Türkiyəyə yollanan qolkiper cəzasını "İnter"də çəkməli olub. Qışda bank klubuna dönən Ağayev ilin ilk 3 oyununu - "Zirə", "Qəbələ" və AZAL-la matçları buraxıb.
Artıq cəzasını başa vuran Kamran baş məşqçi Zaur Svaadze şans verəcəyi halda "Kəpəz"lə oyununda meydana çıxacaq. Qolkiper Premyer Liqada son oyununu 2014-cü ilin 21 dekabrında "Qəbələ"nin heyətində "İnter"ə qarşı keçirib. Ağayev "Kəpəz"ə qarşı oynasa, 425 gün sonra Premyer Liqaya qayıdacaq.
Fanat.az