IV minifutbol turniri start götürüb

IV minifutbol turniri start götürüb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. 

Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra turnir açıq elan olunub. Yarış Ədliyyə Nazirliyi ilə Müdafiə Nazirliyi komandaları arasında oyunla start götürüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər