İTV Premyer Liqa izləyicilərinə müraciət etdi

İTV Premyer Liqa izləyicilərinə müraciət etdi

İctimai Televiziya (İTV) "Facebook" səhifəsində onların efirində İngiltərə Premyer Liqasını izləyən tamaşaçılara müraciət edib.

Fanat.Az xəbər verir ki, İTV Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirildiyini açıqlayıb.

Tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün oyunların peyk üzərindən yayımı dayandırılıb. Bu səbəbdən telekanalda İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər