İngiltərə nəhəngi 100 milyonluq transferə hazırlaşır

İngiltərə nəhəngi 100 milyonluq transferə hazırlaşır

Almaniyanın "Leyptsiq"in klubunun 19 yaşlı vingeri Yan Diomande karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Məlumata görə, Fil Dişi Sahilindən olan futbolçunun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin Diomandeni Qabriel Martinelliyə potensial əvəzləyici qismində rənglərinə bağlamağı hədəflədiyini bildirib. "Leyptsiq"in cinah hücumçusunun satışından 100 milyon avro qazanmaq istədiyi vurğulanıb.

Diomande ötən ilin yayından Bundesliqa komandasının uğurları üçün çalışır. Cari mövsüm afrikalı futbolçu "buğalar"ın forması ilə bütün turnirlərdə 24 matça çıxaraq 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Yanın transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər