İlin transferi açıqlandı: Xames Rodriges...

İlin transferi açıqlandı: Xames Rodriges...

Toni Krossu heyətinə qatan "Real" daha bir ulduzun transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, "Kral Kulbu" Xames Rodrigesi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu Bakı vaxtı ilə saat 23.00-da "Santiaqo Bernabeu" stadionunda keçiriləcək təqdimetmə mərasimində 6 illik müqavilə imzalayacaq.

Hələlik nə "Real", nə də "Monako" Rodrigesin transfer qiymətini açıqlamayıb. Avropa mediası isə ispanların bu transferə görə fransızlara 75-80 milyon avro ödəyəcəyini iddia edib.

Qeyd edək ki, Kolumbiya yığmasının üzvü dünya çemiionatında 6 qol vuraraq bombardir olub və "Qızıl buts" mükafatını qazanıb. Karyerası ərzində Kolumbiyanın "Envigado", Argentinanın "Banfield" və Porutqaliyanın "Portu" klublarında forma geyinən oyunçu ötən ildən "Monako"nun formasını geyinirdi. O, Kolumbiya yığmasında keçirdiyi 27 oyunda 11 dəfə fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər