İlin transfer bombası partladı - 31.5 milyon avro

İlin transfer bombası partladı - 31.5 milyon avro

"Real" növbəti transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, "Kral Klubu" "Portu"nun və Braziliya yığmasının futbolçusu Danilonu heyətinə qatıb.

"İlin transfer bombası" adlandırılan bu keçid "Real"a 31,5 milyon avroya başa gəlib. İspaniya klubu 23 yaşlı futbolçu ilə 2021-ci ilədək anlaşma əldə olunub. Onun müqaviləsi mövsümün sonunda qüvvəyə minəcək.

Qeyd edək ki, tam adı Danilo Luiz da Silva olan futbolçu 2012-ci ildən "Portu"da çıхış edir. O, əvvəllər vətənində "Amerika" və "Santos" klublarının formasını geyinib. Braziliyanın U-20 və U-23 yığmalarında çıхış etmiş Danilo 2011-ci ildən çağırıldığı A millidə 13 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər