İbrahim Şehiçin adı transfer qalmaqalında

İbrahim Şehiçin adı transfer qalmaqalında

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır. Fanat.az Bosniya və Hersoqovina mətbuatına istinadən xəbər verir ki, bu barədə Bosniya və Hersoqovinanın "Jelezniçar" klubunun prezidenti Almir Qrediç məlumat verib.

Klub rəhbəri bildirib ki, "Mersin İdman Yurdu" 2011-ci ildə "Jelezniçar"dan transfer etdiyi Şehiçə görə borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəməlidi. Bu barədə qərarı isə UEFA qəbul edib.

Almir Qrediç deyib ki, UEFA-nın qərarı yerinə yetirilməyəcəyi halda qurumun İntizam Komitəsinə məlumat verəcəklər: "Bu, 2-3 ildi davam edən bir problemdi. Klubumuz hüquqi baxımdan hər şeyi edib. İndi pulun hesabımıza köçürülməsini gözləyirik. "Mersin İdman Yurdu" noyabrın 10-dək pulu ödəməsə, ayın sonunda UEFA tərəfindən cəzalandırılacaq".

Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"da çıxış edən Şehiç 2011-2013-cü illərdə "Mersin İdman Yurdu"nda 37 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər