Hollandiyalı bombardir Premyer Liqa klubunda

Hollandiyalı bombardir Premyer Liqa klubunda

"Tottenhem" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi "AZ Alkmaar"dan Vinsent Yansseni transfer edib.

22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu transferin Premyer Liqa təmsilçisinə 20 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "AZ Alkmaar"ın heyətində keçirdiyi 34 oyunda 27 qol vuran Yanssen Hollandiya çempionatının bombardiri olub və ən yaxşı gənc futbolçu mükafatına layiq görülüb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər