Holanddan yeni rekord: Premyer Liqada belə sürətli qoleador olmayıb

Holanddan yeni rekord: Premyer Liqada belə sürətli qoleador olmayıb

“Mançester Yunayted”lə derbidə (3:0) dubla imza ataraq “Mançester Siti”yə inamlı qələbə qazandıran Erlinq Holand həm də rekord müəyyənləşdirib.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, norveçli qoleador Premyer Liqada 23 səfər matçında 20-ci dəfə fərqlənib. 

Beləliklə, o, səfərdə 20 qol həddinə çatmaq baxımından liqa rekordu müəyyənləşdirib. 

Bu rekord əvvəl Kevin Fillipsə məxsus idi. "Sanderlend"də məhsuldar oyunu ilə şöhrət qazanan forvard Premyer Liqada səfərdə ilk 20 qolunu vurmaq üçün 28 oyuna çıxmaq lazım olmuşdu.

Səfərdə 20 qol həddinə ən tez çatan "5-lik": 

23 - Erling Holand 28 - Kevin Fillips 31 - Lan Vrayt 33 - Dieqo Kosta 33 - Pyer-Emerik Obameyanq

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər