Günün transfer xəbərləri: "Ronaldu iki mövsüm Türkiyədə..."

Günün transfer xəbərləri: "Ronaldu iki mövsüm Türkiyədə..."

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Metaratings" saytı: "İngiltərəli funksioner Pol Eşvort "Spartak"ın yeni idman direktoru ola bilər".

"Sport ES" saytı: "Barselona" "Monako"nun sol cinah müdafiəçisi Kayo Enrike ilə maraqlanır". 

"Haberler" saytı: "Kriştianu Ronaldu gələn mövsümün əvvəlində Türkiyə klublarından birinə keçəcək. Burada onun kifayət qədər dostu var. Ronaıdu ən azı iki mövsümünü Türkiyədə keçirməyə razılıq verəcək".

Baş tutmuş transfer xəbərləri:

33 yaşlı hücumçu Endi Kerroll azad agent qismində "Ridinq"ə keçib. Müqavilə 2023-cü ilin yanvar ayına qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər