Georgi Nikolov hücumçu transferindən danışdı

Georgi Nikolov hücumçu transferindən danışdı

"İnter"in uzun illərdi axtarışında olduğu hücumçu düyünü hələ də həllini tapmır. Fanat.az xəbər verir ki, "bankirlər"in bu transfer pəncərəsi bağlananadək forvard almaq şansları minimumdu.

Bu barədə əməkdaşımızla söhbətdə "İnter"in prezidenti Georgi Nikolov məlumat verib: "Təəssüf ki, sizi yeni xəbərlə, özümüzü isə yeni oyunçu ilə sevindirə bilməyəcəyəm. Heç bir namizəd də yoxdu ki, deyəm kiminsə barədə götür-qoy edirik. Dünən ənənəvi iclasda məşqçilər korpusu ilə bu mövzuda söhbətim oldu. Soruşduqda, çiyinlərini çəkdilər. Yəni belə bir məsələ də yoxdu ki, onlar özləri kimisə gözaltı etsinlər. Etiraf edim ki, gündə e-mail ünvanıma agentlərdən çoxlu sayda təlkiflər gəlir və mən də hamısını baş məşqçi Kaxaber Tsxadadzeyə ünvanlayıram. Hələ ki, heç bir nəticə yoxdu və güman ki, transfer pəncərəsi bitənədək də olmayacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər