Futbolçumuzu Almaniyada 8 dəqiqə oynatdılar

Futbolçumuzu Almaniyada 8 dəqiqə oynatdılar
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern II" "Hoffenhaym II"nin qonağı olub.
Regional Liqanın Cənub-Qərb zonasında keçirilən qarşılaşma "Kayzerslautern II"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində İsrailə qarşı 90 dəqiqə oynayan Rüfət start heyətində yer almayıb. Baş məşqçi Konrad Funfstuk onu 82-ci dəqiqədə Jan-Lukas Dorovun yerinə meydana buraxıb.
Qeyd edək ki, "Kayzerslautern II" 8 oyundan sonra 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər