"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq 2024/2025 mövsümündə La Liqada ən çox qazanan futbolçu olacaq.
Fanat.Az “Сapology”yə istinadən xəbər verir ki, niderlandlı futbolçunun vergilər çıxıldıqdan sonra illik gəliri 37,5 milyon avro təşkil edəcək.
İkinci yerdə Kataloniya təmsilçisinin digər futbolçusu Robert Levandovski qərarlaşıb. Polşalı forvard 33,3 milyon avro qazanacaq. Üçüncü yerdə 31,3 milyon avro gəlirlə "Real"ın yeni transferi Kilian Mbappe mövqe tutub.