"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun iş yerini dəyişəcəyi tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Aleks Kruk yayıb.
İddiaya görə, niderlandlı ulduz İngiltərə Premyer Liqasının 3-cü turunun oyununa - avqustun 22-nə qədər "Mançester Yunayted"ə keçəcək.
Qeyd edək ki, MY-nin baş məşqçisi Erik ten Haq sözügedən həmyerlisi ilə "Ayaks"da işləyib və onun transferini olduqca vacib sayır.
Nihat