FIFA "Barselona" və İspaniya Futbol Federasiyasının etirazını rədd edib. Fanat.az xəbər verir ki, bununla da Kataloniya klubuna iki dönəm transfer qadağası qoyulub.
"Barselona"nın cəzası 2015-ci ilin yanvarından başlayacan. Komanda qış və yay transfer dövrlərində heyətinə futbolçu qata bilməyəcək. Bundan başqa kataloniyalılar FIFA-ya 450, İspaniya Futbol Federasiyası 500 min İsveçrə frankı cərimə ödəyəcək. "Barselona"nın qərardan CAS-a (İdman Arbitaj Məhkəməsinə) şikayət edəcəyi gözlənilir.
Qeyd edək ki, FIFA "Barselona"nı gənc futbolçuların transferindəki saxtakarlığa görə cəzalandırıb.
Fanat.az