Ən çox transfer haqqı ödənən futbolçular - SİYAHI

Ən çox transfer haqqı ödənən futbolçular - SİYAHI
Karyerası ərzində keçdiyi klublara görə ən çox transfer haqqı ödənilən futbolçular müəyyənləşib. Fanat.az xəbər verir ki, siyahıya Zlatan İbrahimoviç başçılıq edir.
Hazırda PSJ-də çıxış edən forvard karyerası ərzində 7 kluba transfer olunub. Onun transferlərinə görə yeni klubları 169 milyon 100 min avrodan keçməli olub. İsveçli ulduzun hər transferi klublara orta hesabla 24 milyon 157 min 143 avroya başa gəlib.
İkinci pilləni Nikolas Anelka tutur. Hazırda "Vest Bromviç"in formasını geyinən forvard 8 kluba transfer olunub və onun üçün 130 milyon 360 milyon avro ödəniilib. Bu isə hər transferə 16 milyon 295 milyon avro deməkdi.
İlk üçlüyü Ernan Krespo qapayır. Karyerasını bitirmiş argentinalı ümumilikdə 9 klubun formasını geyinib. Lakin onun 4 kluba keçidinə görə pul ödənilib. Kresponun transferləri ümumilikdə 121 milyon avroya başa gəlib ki, bu da orta hesabla 30 milyon 250 milyon avro deməkdi.
Transferi orta hesabla ən çox gəlir gətirən futbolçu isə Kriştiano Ronaldodu - 55 milyon 750 min avro. Portuqaliyalı ulduz "Mançester Yunayted"dən "Real"a 94 milyon avroya keçib.

Futbolçu

Gəlir

Transfer

Orta hesabla

Zlatan ibrahimoviç

169.100.000

7

24.157.143

Nikolas Anelka

130.360.000

8

16.295.000

Ernan Krespo

121.000.000

4

30.250.000

Xuan Sebastian Veron

117.000.000

6

19.500.000

Radamel Falkao

112.430.000

3

37.476.667

Kriştiano Ronaldo

111.500.000

2

55.750.000

Qaret Beyl

105.700.000

2

52.850.000

Robbi Kin

103.850.000

9

11.538.889

Ronaldo

100.975.000

5

20.195.000

Fernando Torres

96.500.000

2

48.250.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər