Dənizlidən bomba transferlər: 2 türk ulduz gəlir

Dənizlidən bomba transferlər: 2 türk ulduz gəlir
"Xəzər Lənkəran"ın baş məşqçi Mustafa Dənizli iki məşhur futbolçunu ölkəmizə gətirir. Fanat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə və Avropadan komandasına futbolçu transfer etdiyini deyən Dənizli ilk ilindəki keçid dövründə Super Liqadan iki oyunçunu alır. "Xəzər Lənkəran"ın Premyer Liqadakı yerini təmin etmək istəyən mütəxəssisin Avropa kuboklarına getmək üçün iddialı heyət qurduğu qeyd olunut. Məlumata bildirilir ki, Dənizli ilk olaraq Necati Atəşlə müqavilə bağlamaq istəyir. Yüksək maaşı üzündən "Eskişəhrspor"dan ayrılmaq üzrə olan "Qalatasaray" və milli komandanın sabiq üzvünə Dənizli düşünmək üçün qış fasiləsinədək vaxt verib. 
Necati ilə yanaşı Denizli heyətə təcrübəli bir müdafiəçi qatmaq istəyir. Artıq onun da kimliyi bəllidi. Türk mütəxəssis "Beşiktaş"la yollarını ayırmağa hazırlaşan İbrahim Toramanı siyahısna salıb. Sezer Öztürklə dava etdikdən sonra heyətdən kənarlaşdırılan futbolçuya "Beşiktaş" rəhbərliyi özünə klub tapmağı tapşırıb. Toramanın Dənizli ilə telefonla danışdığı və düşünmək üçün vaxt istədiyi deyilir.
Qeyd edək ki, 33 yaşlı Necati 2004-2009 və 2012-ci illərdə "Qalatasaray"da çıxış edib (114 oyun, 60 qol). Türkiyənin A millisində 19 oyun keçirib 5 qol vuran futbolçu 2012-ci ildən "Eskişəhərspor"un formasını geyinir. O, əvvəllər "Altay", "Aydınspor", "Adanaspor", "Ankaraspor", "İstanbul BB", "Antalyaspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib. 
Hücumçu 2 dəfəə Super Liqanın, 1 dəfə Türkiyə Kubokunun, 1 dəfə də Süuper Kubokunun qalibi olub. O, 2003-cü ildə Türkiyə millisi ilə Konfederasiyalar Kubokunun bürünc mükafatına sahib çıxıb.
32 yaşlı Toraman isə 2004-cü ildən "Beşiktaş"ın formasını geyinir (244 oyun, 20 qol). Türkiyə millisində 28 oyun keçirib 1 qola imza atan müdafiəçi "Gaskispor", "Qaziantep BB" və "Qaziantepspor" klublarının uğurları üçün çalışıb.
İbrahim karyerası ərzində 1 dəfə Super Liqanın qalibi, 1 dəfə gümüş, 3 dəfə bürünc mükafatçısı olub. O, dəfə ölkə kubokuna sahib çıxıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər