DÇ-2026: Norveçi məğlub edən İngiltərə millisi yarımfinalda!

DÇ-2026: Norveçi məğlub edən İngiltərə millisi yarımfinalda!

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gecə mundialda 1/4 final mərhələsinə yekun vurulacaq. 

Əvvəlcə Braziliyanı yenərək adından söz etdirən Norveç yığması İngiltərə millisi ilə üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmada əlavə yarım saata ehtiyac duyulub. 93-cü dəqiqədə dublunu rəsmiləşdirən Cud Bellinqem komandasını yarımfinala daşıyıb.

Bakı vaxtı ilə 05:00-da bu raundun son matçı - Argentina - İsveçrə dueli reallaşacaq. 

DÇ-2026 1/4 final  12 iyul

Norveç - İngiltərə 1:2

Qollar: Andreas Şelderul, 36. - Cud Bellinqem, 45+2, 93. Baş hakim: Kleman Tyürpen (Fransa). Mayami (ABŞ). "Hard Rok Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər