DÇ-2026: İspaniya millisi finalda!

DÇ-2026: İspaniya millisi finalda!

Hazırda davam edən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsi başlayıb. 

Fanat.Az xəbər verir ki, bu gün ilk finalçının adı bəlli olub.

1/2 finalın ilk oyununda Fransa İspaniya ilə üz-üzə gəlib. Dallasda baş tutan matçda "matadorlar" inamlı qələbə ilə adlarını finala yazdırmağı bacarıblar.

Digər finalçının adına sabah baş tutacaq İngiltərə – Argentina duelində aydınlıq gələcək. 

Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da yekunlaşacaq. 

DÇ-2026 1/2 final 14 iyul

Fransa – İspaniya 0:2

Qollar: Mikel Oyarsabal, 22-pen. Pedro Porro, 58. Baş hakim: İvan Barton (Salvador). Dallas (ABŞ). "Dallas Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər