DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsi start götürür.

Fanat.Az xəbər verir ki, bu mərhələnin ilk oyunu Fransa və Mərakeş milliləri arasında keçiriləcək.

Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək.

DÇ-2026 1/4 final 10 iyul

00:00. Fransa - Mərakeş Baş hakim: Fakundo Telyo (Argentina). Boston stadionu

1/4 final çərçivəsində Argentina - İsveçrə, İngiltərə - Norveç, İspaniya - Belçika görüşləri də baş tutacaq. 

Qeyd edək ki, DÇ-2026 iyunun 11-də başlayıb. Mundial iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər