DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olub. 

Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda oyun Mayamidə baş tutub. 

"Bürünc" uğrunda dueldə Fransa və İngiltərə milliləri üz-üzə gəliblər. Gərgin və maraqlı keçən matçda  qapılara 10 qol vurulub. Rəqibini 6:4 hesabı ilə üstələyən ingilislər mündialın bürünc medallarına yiyələniblər.

Qeyd edək ki, final oyunu sabah baş tutacaq. Mundialın qalibi İspaniya və Argentina görüşündə müəyyənləşəcək. 

DÇ-2026 3-cü yer uğrunda oyun 19 iyul

Fransa - İngiltərə 4:6

Qol: K. Mbappe, 48, 66, B. Barkola, 54. U.Dembele, 90+6. - D. Rays, 3, E.Konsa, 18, B. Saka, 37, 45+1, 87-pen. C.Bellinqem, 90+8. Baş hakim: Xesus Valensuela (Venesuela). Mayami (ABŞ). "Miami stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər