İngiltərə Premyer Liqasının V turunda evdə "Sautqempton"a uduzan "Kristal Palas" ardıcıl 5-ci məğlubiyyətini alıb. Fanat.Az xəbər verir ki, bununla da komanda Premyer Liqanın tarixinə düşüb.
Ötən həftə baş məşqçi Frank de Burla yollarını ayıran və Roy Hocsonu bu posta təyin edən klub ilk 5 turda nəyinki xal qazanmayıb, qol belə vura bilməyib. Bununla da "Kristal Palas" "Nyukasl"ın 2005/06 mövsümündəki rekordunu qırıb. Həmin vaxt "Nyukasl" mövsümün ilk 438 dəqiqəsində qol vura bilməmişdi. "Kristal Palas" isə artıq 450 dəqiqədi bunu bacarmır.
Fanat.Az