"Börnli"nin vingeri Duayt Maknil karyerasını Premyer Liqa klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Everton"a keçib.
Bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.
Maknil ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sövdələşmənin digər təfərrüatları açıqlanmasa da, daha əvvəl transfer məbləğinin bonuslarla birgə 19-20 milyon funt sterlinq olacağı məlum idi.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2014-cü ilə qədər "Mançester Yunayted"in akademiyasında futbolun sirlərini öyrənib. Mirağa